USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

13.12.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1 115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

"Kommersant.az" xəbər verir ki, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, həmin qərarlar əsasında vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9 min 531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək onlardan artıq 2 min 338 şəhid hərbi qulluqçu üzrə 3 min 038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara SMS vasitəsilə bildiriş göndərilir.

  • Əvvəlki

    Ödəniş kartları üzrə Yeni il kampaniyası

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0