Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı

26.12.2018 Bank
Son iki ayda inflyasiyada azalma meyili davam edib.

Azrbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən Banker.az-a verilən məlumata görə,2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.

Məlumatda qeyd edilir ki, mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0.6% səviyyəsində qərarlaşmışdır.

Mərkəzi Bank inflyasiya gözləntiləri və proqnozları da açıqlayıb. Mərkəzi Bank hesab edir ki, istehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib. Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıbr. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir: “Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3% ətrafında qərarlaşacağı gözlənilir”.