USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"ın zərəri hər il artır - BANK PİS VƏZİYYƏTDƏ

17.04.2019 Bank
0 0
"Turan Bank" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Turan Bank" 2018-ci ilin analoji dövrü ilə müqayisədə 01.03.2019 tarixində cəmi aktivlərini 5mln. 117 min manat və ya 0.01% artıraraq 500 mln. 171 min manata çatdırıb. Bundan başqa bankın cəmi öhdəlikləri 4 mln. 892 min manat və ya 0.01% artıraraq 441 mln. 6 min manata bərabər edib. "Turan Bank"ın cəmi kapitalı da 2018-ci iln analoji dövrü ilə müqayisədə 225 min manat artaraq 59 mln. 165 min manat olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Turan Bank" 2018 -ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə müştərilərə verilən kreditlərin və lizinqlərin məbləğini və müştərilərin depozitlərini artırıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 272 mln. 253 min manat kredit verən bank cari ildə bu rəqəmi 42 mln. 448 min manat artıraraq 314 mln. 701 min manata çatdırıb. Müştərilərin depozitləri isə 11 mln. manat artaraq 235 mln. 758 min manat olub.

BANKIN ZƏRƏRİ ARTIB

"Turan Bank" ın xalis faiz gəliri 455 min manat və ya 21% artaraq 2 mln. 579 min manat olub. Amma bank xalis əməliyyat zərəri açıqlayıb. Belə ki, ötən ilin 1-ci rübündə 70 min manat zərər açıqlayan bank cari ilin 1-ci rübündə 444 min manatlıq zərərdə olduğunu bildirib.

Hazırda “Turan Bank”ın balansında illərdir yığılmış zərərin həcmi 2,31 mln. manat təşkil edir.

BANKIN MƏCMU KAPİTALI KƏSKİN AZALIB

2018-ci ilin analoji dövründə 68 mln 606 min manat məcmu kapitala (tutumlardan sorna) sahib olan "Turan Bank" cari ildə məcmu kapitalını 5 mln. 34 min manat azaldaraq 63 mln. 572 min manata endirib. Buna səbəb isə bankın ikinci dərəcəli kapitalının 4 mln. 375 min manat, 1-ci dərəcəli kapitalının isə 675 min manat azalmasıdır. Bankın hər iki hesabat dövründə məcmu kapitaldan tutulmaları 620 min manat təşkil edib. Məcmu kapitalın adekvatlıq əmsalı 17.7% dən 16.1%-ə, 1 -ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 13,6%-dən 13.2%-ə düşüb.