USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gənc və təcrübəli bankir AccessBank-da!

06.05.2019 Bank
0 0
“AccessBank”da yeni təyinat baş tutub.

"Kommersant.az" xəbər verir ki, İlkin Quliyev bankın Pərakəndə bankçılıq departamentinin direktoru təyin olunub. O, vəzifəsinin icrasına mayın 6-dan etibrən başlayıb.

Bu təyinatadək bank mütəxəssisi 2017-2019-cu illərdə “Unibank”ın Təşkilati inkişaf və İnsan kapitalı departamentinə rəhbərlik edib.

Daha öncə isə İlkin Quliyev “Azərbaycan Beynəlxalq Bankı”nda Strategiya və layihələrin idarəolunması departanmentinin, “Kapital Bank”da Risklərin idarəolunması şöbəsinin direktoru kimi fəaliyyət göstərib.

Banker