USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB Azərbaycan”da şöbə rəhbəri təyinatı - DOSYE

21.05.2019 Bank
0 0
"Amrah Bank" ASC-nin Biznesin inkişafı və marketinq departamentinin direktoru Şəfiqə Hacıyeva (Hüseynova) vəzifəsini tərk edib.

Məlumata görə, o, "Bank VTB Azərbaycan” ASC-nin sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi şöbəsinin rəhbəri təyin olunub.

"Kommersant.az" olaraq Şəfiqə Hacıyevanın iş karyerasından bəzi vacib məqamları diqqətinizə çatdırırıq. O, Azərbaycanın digər bankında məsul vəzifədə çalışırdı. Belə ki o, uzun müddət "Amrahbank” ASC-nın Biznesin İnkişafı və Marketinq departamentinin direktoru vəzifəsini uğurla icra edib. Şəfiqə Hacıyeva öz iqtisadçı karyerasına 2005-ci ildən "NİKOİL Bank"-dakı fəaliyyəti ilə başlayıb. Qeyd edək ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə maqistr, ondan əlavə Azərbaycanın ADA Universitetində və Hollandiyanın biznes məktəbində (Maastricht School of Management) EMBA dərəcələrini alıb. Şəfiqə Hacıyevaya yeni işində uğurlar arzulayırıq.