USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ili kəsrlə başa vuran banklar bu il 348 milyon mənfəət əldə edib

31.05.2019 Bank
0 0
Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 347,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki, sektor ötən ilin eyni dövründən 57,1 milyon manat xalis zərərlə çıxmışdı.
"Kommersant.az" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. 4 ay ərzində bankların faiz gəlirləri 644 milyon manat (illik müqayisədə 14,75% çox), faiz xərcləri 187,7 milyon manat (6,7% az), qeyri-faiz gəlirləri 250,3 milyon manat (57,1% çox), qeyri-faiz xərcləri 344,3milyon manat (5,7% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 8,6 milyon manat (96,45% az), digər gəlirləri 21,7 milyon manat (12,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 27,5 milyon manat (2,7 dəfə çox) təşkil edib. Yeni Sabah