USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəsul Quliyevdən Azərbaycan hökumətinə: "Bunu ancaq dəlilər edə bilər"

31.05.2019 Siyasət
0 0
“Azərbaycan höküməti bütün Avropanın baxdığı futbol yarışının səhərisi günü 28 may müstəqillik günündə yürüş keçirmiş müxalifət nümayəndələrini polisə çağırıb hədə qorxu gəlməsi ilə qazandığı sivil ölkə statusunun üzərindən yenidən xətt çəkdi”.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycanın Milli Məclisinin sabiq sədri Rəsul Quliyev deyib. "Respublika Günü" bayramından sonra yürüşdə iştırak edən müxalifətçilərin polis bölmələrinə çağırılmağını sərt şəkildə tənqid edən R. Quliyev hakimiyyətin müxalifləri həbs etməsini Azərbaycanın sivil ölkə olmadığının sübutu kimi qiymətləndirib: "Hakimiyyətin başında oturanların elementar düşünmək qabiliyyəti olduğu yenidən böyük şübhə altındadır. Bu adamların bütün qanunları pozaraq polisə çağrılması qərarı ancaq psixikası pozulmuş insanlar tərəfindən qəbul edilə bilər. Heç bir məntiqlə izah edilməsi mümkün olmayan hərəkətləri ancaq dəlilər edə bilər." E. Quliyev bu həbslərin Azərbaycan hakimiyyətinin yeni həbsetmə mexanizmi olduğunu düşünür: "Azərbaycan höküməti əhv fərmanından sonra yenidən izolyasiya edilməsi üçün addımlar atmağa başladı. Bu dəfəki izolyasiya daha kəskin və daha təsirli olacaq." Yeni Sabah