USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB” bu ilin I yarısını mənfəətlə başa vurub

18.07.2019 Bank
0 0
“Bank BTB” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 303,772 milyon manat təşkil edib.

“Kommersant.az” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 1,4% çoxdur.

“Bank BTB”nin aktivlərinin 179,152 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,8% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin cəmi öhdəlikləri 1,4% artaraq 247,263 milyon manata, o cümlədən depozit portfeli 9% artaraq 116,622 milyon manata, cəmi kapitalı isə 1,8% artaraq 56,509 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Bank BTB”nin gəlirləri 13,478 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,9% çox), xərcləri xərcləri 12,708 milyon manat (12,7% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 125 min manat (82% az) təşkil edib. Son nəticədə Bank I yarımili 895 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 14,6% azdır.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 mln. manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.