USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Muğanbank”dan həssas əhali qruplarına dəstək

21.04.2020 Bank
0 0
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna “Muğanbank” ASC də qoşulub.

Hər zaman əhalinin sosial rifahını düşünən “Muğanbank” ASC yenə də yardımları ilə həssas əhali qruplarını sevindirib. Məcburi köçkün və əlillik dərəcəsi olan şəxslər öz mikro bizneslərini qurmaları üçün lazım olan hər bir avadanlıqla təmin edilib. Bununla da, “Muğanbank” ASC tərəfindən həssas əhali qruplarına dəstək göstərilib, arzularını həyata keçirmək üçün şərait yaradılıb.

Belə ki, Tovuz rayon sakini Bayram Həsənova (oyun salonu) və Qaradağ rayon sakini Razin Yusibova (ayaqqabı təmiri və istehsalı) mikro bizneslərinə köməklik göstərilməsi istiqamətində “Muğanbank” ASC tərəfindən vətəndaşlarımız lazımi avandanlıq və ləvazimatlarla təmin edilib.