USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Böyük iyirmilik” ölkələri iqtisadi dəstək planını təsdiqlədilər

21.04.2020 İqtisadiyyat
0 0
“Böyük iyirmilik” (G20) ölkələri Covid-19 pandemiyası şəraitində iqtisadiyyata dəstək vermək planını təsdiq ediblər.

"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat verib

Bu plan pandemiyadan ən çox təsirlənən ölkələrə, insanlara və müəssisələrə dəstək verilməsini nəzərdə tutur.

Beynəlxalq maliyyə inkişaf təşkilatlarının dəstəyinin ümumi həcmi 200 milyard dolları aşır. Onlar sırasında Dünya Bankı, Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Amerika İnkişaf Bankı, İslam İnkişaf Bankı, Yeni İnkişaf Bankı var.

Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə 137 milyard dollar, kasıb ölkələrə isə 11,7 milyard dollar məbləğində təcili yardımın göstərilməsi qərarını təsdiq edib.

Daha əvvəl isə BVF 25 ölkəyə kredit ödənişləri ilə bağlı altı aylıq möhlət vermişdir. Dünya Bankının rəhbəri Devid Malpass qeyd edir ki, G20 və Paris klubu arasındakı razılaşma "böyük nailiyyətdir" və kasıb ölkələrə pandemiyanın mənfi nəticələrinin öhdəsindən gəlməyə kömək edəcək.

Mütəxəssislərin fikrincə, Covid-19 pandemiyası 2008-2009-cu illərdəki qlobal maliyyə dövründə müşahidə olunanlardan daha ağır nəticələrə gətirib çıxaracaq.