USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank depozit hərracında 200 mln manat cəlb etməyi planlaşdırır

15.05.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı mayın 18-də depozit hərracı keçirəcək.

Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

"Mərkəzi Bank mayın 18-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 milyon manat cəlb etməyi nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,76%-7,24% təşkil edir.

Mərkəzi Bank depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.