USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə dörd BOKT-un vergi borcu olduğu açıqlanıb - SİYAHI

09.06.2020 Bank
0 0
Azərbaycanda dörd bank olmayan kredit təşkilatının (BOKT) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə informasiya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə olunur.

Məlumata əsasən bunlar, 1 361 manatla "Gold Finance" BOKT MMC, 1 068 manatla "Azinvestkredit BOKT" MMC, 348 manatla BOKT "Finans İnvest" MMC və 34 manatla "OMNİ Finance BOKT" MMC-dirlər.

Qeyd edək ki, bu borclar barədə son məlumat 8 iyun 2020-ci il tarixinə qədər olandır.

Ölkədə hazırda 43 BOKT fəaliyət göstərir.