USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının mənfəəti kəskin azaldı - HESABAT

21.04.2021 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 18 milyon 654 min manat və ya 36,5% azalaraq 32 milyon 395 min manata enib. Bunun əsas səbəbi bankın xalis faiz gəlirinin və əməliyyat mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə azalmasıdır.

“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, ABB -nin faiz gəlirləri 1 il ərzində 391 min manat, faiz xərcləri isə 1 milyon 828 min manat artıb. Nəticədə bankın xalis faiz gəlirində 1 milyon 438 min manatlıq geriləmə olub. Qeyri-faiz gəliri 3 milyon 176 min manat azalaraq 30 milyon 69 min manata, qeyri-faiz xərcləri isə 7 milyon 108 min manat artaraq 45 milyon 613 min manata yüksəlib. Bununla da dövlət bankı 63 milyon 908 min manatlıq əməliyyat mənfəəti əldə edib. Bu mənfəət 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11 milyon 722 min manat və ya 15,5% azdır.

Bankın məcmu kapitalı 43 mlyon 734 min manat və ya 3,6% azalaraq 1 milyard 149 milyon 870 min manata enib.

KREDİT PORTFELİ ARTIB

Dövlət bankının xalis kreditləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 208 milyon 15 min manat artması bankın cəmi aktivlərinin böyüməsinə səbəb olub. Belə ki, ABB-nin cəmi aktiləri ötən ilin analoji dövrü ilə müqayisədə 274 milyon 672 min manat və ya 3% artaraq 9 milyard 155 milyon 624 min manata çatıb.

Xalis kreditlərinin artmasında biznes kreditlərinin rolu böyük olub. Dövlət bankında istehlak kreditləri 73 milyon 824 min manat artaraq 626 milyon 651 min manata, biznes kreditləri 98 milyon 707 min manat artaraq 1 milyard 347 milyon 857 min manata, daşınmaz əmlak kreditləri isə 54 milyon 191 min manat artaraq 688 milyon 805 min manata çatıb.

ABB müştərilərindən topladığı depozitlərin həcmini 355 milyon 58 min manat və ya 6,6% artıraraq 5 milyard 703 milyon 151 min manata çatdırıb. Bu artımın əsas payçısı isə hüquqi şəxslər olub. Onların bankdakı əmanətlərinin həcmi 1 il ərzində 308 milyon 578 min manat artaraq 4 milyard 508 milyon 755 min manata çatıb. Fiziki şəxslərin əmanətləri isə 46 milyon 481 min manat artaraq 1 milyard 194 milyon 396 min manata yüksəlib. Bu artımlar bankın öhdəliklər cəmini 310 milyon 151 min manat artıraraq 7 milyard 788 milyon 981 min manata bərabər olmasına səbəb olub.

Dövlət bankının bölüşdürülməmiş mənfəətinin 39 milyon 263 min manat azalması bankın kapitalının 35 milyon 478 min manat azalaraq 1 milyard 366 milyon 643 min manata enməsinə səbəb olub.

ABB

2021 (I Rüb)

2020 (I Rüb)

Fərq

Cəmi aktivlər

9 155,624

8 880,952

274,672

İstehlak kreditləri

626,651

552,827

73,824

Bines kreditləri

1 347,857

1 249,150

98,707

İpoteka kreditləri

688,805

634,614

54,191

Xalis kreditlər

2 405,884

2 197,869

208,015

Cəmi öhdəlikləri

7 788,981

7 478,830

310,151

Depozitlər

5 703,151

5 348,093

355,058

Fiziki şəxslərin depozitləri

1 194,396

1 147,915

46,481

Hüquqi şəxslərin depozitləri

4 508,755

4 200,177

308,578

Cəmi kapital

1 366,643

1 402,121

-35,478

Bölüşdürülməmiş məfəət

11,905

51,168

-39,263

Xalis mənfəət/zərəri

32,395

51,049

-18,654

Faiz gəliri

106,163

105,772

391

Faiz xərcləri

26,710

24,882

1,828

Xalis faiz gəliri

79,452

80,890

-1,438

Qeyri-faiz gəliri

30,069

33,245

-3,176

Qeyri-faiz xərcləri

45,613

38,505

7,108

Əməliyyat mənfəəti/zərəri

63,908

75,630

-11,722

Mənfəət vergisi

9,000

0

9,000

Məcmu kapital

1 149,870

1 193,604

-43,734