USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kommersiya banklarının manatla depozitlərinin həcmi artıb

22.04.2021 Bank
0 0
Azərbaycan kommersiya banklarının həm manatla yatırılan depozitlərin həcmində artım, dollarla yatırılan deozitlərin həcmində isə azalma baş verib.

"Kommersant.az" Mərkəzi Bankın yaydığı aylıq hesabata əsasən xəbər verir ki, aprelin 1-nə qədər manatla depozitlərin həcmi 9 milyard 722,3 manat, xarici valyuta ilə depozitlərin həcmi isə 8 milyard 979,6 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövründə isə kommersiya bankları tərəfindən Azərbaycan valyutası ilə 7 milyard 902,6 manatlıq, xarici valyuta ilə isə 10 milyard 277,9 milyon manatlıq depozit qoyuluşu baş verib.

Belə aydın olur ki, bir il ərzində manatla depozit qoyuluşunda 1 milyard 819,7 milyon manat və ya 23,02 faiz artım, xarici valyuta ilə depozitdə isə 1 milyard 298,3 milyon manat və ya 12,6 faiz azalma müşahidə olunub.