USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank olmayan kredit təşkilatlarının gəlirləri azalıb - HESABAT

22.04.2021 İqtisadiyyat
0 0
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 2,1 milyon manat xalis mənfəətlə başa vurub.

"Kommersant.az" Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65% və yaxud 2,9 dəfə azdır.

Yanvar-mart aylarında BOKT-ların gəlirləri 18 milyon manat (illik müqayisədə 23,1% az), xərcləri 13,6 milyon manat (3% çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (24% az), mənfəət vergisi ödəmələri isə 0,4 milyon manat (76,5% az) təşkil edib.

Bu il aprelin 1-nə BOKT-larin aktivləri 322,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,65% azdır. Bunun 229,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,7% kiçilib.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 14% azalaraq 179,4 milyon manata düşüb, balans kapitalı isə 1,7% artaraq 143,4 milyon manata çatıb.