USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda problemli kreditlər cüzi artıb - Mərkəzi Bank

21.04.2021 Bank
0 0
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 918,2 milyon manat təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata görə, bu göstərici martın 1-i ilə müqayisədə 0,1% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,8% artıb, son 1 ildə isə 32,9% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,2% təşkil edib.

Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il martın sonuna isə 8,9% olub.