USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səkkiz investor “Bank Respublika”nın istiqrazını almaq istədi, tələb artdı

18.02.2022 Bank
0 0
18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin tədavül müddəti 2 təqvim ili olan (AZ2004002880 dövlət qeydiyyat nömrəli) 15 000 000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə BFB-dan bilirilir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 991.04 AZN (8.9995%) və 1000.00 manat (8.5%) manat olan 8 sifariş təqdim edilib.

İstiqrazların kəsmə qiyməti 1000.00 AZN (8.5%) manat, orta ölçülmüş qiyməti 1 000 manat (8.5%) manat müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 8.5 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 283 000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18.02.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.