USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoinin qiyməti 6 min dollarda sabitləşib

10.07.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, iyulun 10-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 88-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 23 dollar və ya 0,34% ucuzlaşaraq 6734 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 75 dollar və ya 1,12% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma GXChain-da(22,00%), ən çox ucuzlaşma isə Bitcoin Diamond-da(34,83%) müşahidə olunub.