USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların cəmi öhdəliklər üzrə - RENKİNQİ

13.02.2023 Bank
2 0
Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklər cəmi üzrə vəziyyəti bəlli olub.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 20-i cəmi öhdəliklərini artırsa da, 5 bankın öhdəliklər cəmi azalıb.

ÖHDƏLİKLƏRİ AZALAN BANKLAR

Siyahıya görə cəmi öhdəliklərini ən çox itirən bank “PremiumBank” olub. Onun öhdəliklər cəmi 11% azalıb ki, bu da 25 bank arasında ən çox azalma müşahidə olunan bankdır.

“Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 2021 – ci ilin son rübü ilə müqayisədə 69 milyon 523 min manat və ya 10% azalaraq 637 milyon 561 min manata enib.

Rusların bankı da 2022-ci ildə öhdəliklər cəmini azalma ilə başa vurub. “Bank VTB”nin cəmi öhdəlikləri 5 milyon 327 min manat və ya 3.2% azalaraq 158 milyon 275 min manata düşüb.

“Naxçıvan Bank”ın öhdəlikləri cəmi isə 11 milyon 601 min manat və ya 4.7% azalaraq 234 milyon 274 min manata azalıb.

“PremiumBank” da 2022-ci ili cəmi öhdəliklərini azaldaraq başa vurub. Bankın öhdəliklər cəmi 64 milyon 762 milyon manat və ya 11.3% azalaraq 509 milyon 638 min manatadək əriyib.

“RabitəBank”ın cəmi öhdəlikləri 75 milyon 54 min manat və ya 8.2% azalaraq 843 milyon 394 min manata enib.

KORPORATİV BANKLAR

Korporativ banklar arasında ən çox artım “AzərTürk Bank”da qeydə alınıb. Dövlət bankının cəmi öhdəlikləri 2021-ci ilin son rübü ilə müqayisədə 545 milyon 635 min manat və ya 1.5 dəfə artaraq 895 milyon 983 min manata yüksəlib.

Cəmi öhdəliklərini ən az artıran korporativ bank isə “AFB Bank” olub. Bankın cəmi öhdəlikləri 7 milyon 851 min manat və ya 4.1% artıraraq 198 milyon 906 min manata çatdırıb.

RETAİL BANKLAR

RETAİL banklar arasında “YeloBank” cəmi öhdəliklərini 60.3% artıraraq adını lider kürsüsünə yazdırıb. Bankın öhdəliklər cəmi 2021-ci ilin son rübü ilə müqayisədə 280 milyon 321 min manat artaraq 745 milyon 266 min manata bərabər olub.

Sözügedən banklar arasında ən az artıma isə “TuranBank” sahib olub. Bankın cəmi öhdəlikləri 2021-ci ilin son rübü ilə müqayisədə 103 milyon 362 min manat və ya 16.5% artaraq 731 milyon 255 min manata yüksəlib.

Bankın Adı

Cəmi Öhdəliklər

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

12.405.965

10.046.112

2.359.853

2

Access Bank

1.056.093

842.743

213.350

3

AFB Bank

198.906

191.055

7.851

4

ASB

637.561

707.084

-69.523

5

Azər Türk Bank

895.983

350.348

545.635

6

Bank Avrasiya

150.461

95.700

54.761

7

Bank BTB

324.146

307.043

17.103

8

Bank of Baku

578.370

403.019

175.351

9

Bank Respublika

1.466.405

1.131.825

334.580

10

Bank VTB

158.275

163.602

-5.327

11

Express Bank

307.821

227.514

80.307

12

Günay Bank

213.766

190.853

22.913

13

Kapital Bank

6.995.518

6.061.327

934.191

14

Melli İran Bankı

59.334

51.422

7.912

15

Muğan Bank

706.158

616.487

89.671

16

Naxçıvan Bank

234.274

245.875

-11.601

17

Paşa Bank

7.856.817

5.831.105

2.025.712

18

Premium Bank

509.638

574.400

-64.762

19

Rabitə Bank

843.394

918.448

-75.054

20

Turan Bank

731.255

627.893

103.362

21

UniBank

1.327.248

934.867

392.381

22

Xalq Bank

2.209.858

1.890.210

319.648

23

Yapı Kredi Bank

397.852

312.745

85.107

24

Yelo Bank

745.266

464.945

280.321

25

Ziraat Bank

422.458

305.672

116.786