USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank” əməliyyatdan mənfəət əldə edib

01.08.2023 Bank
21 16
“UniBank”ın faiz gəliri 24 milyon 581 min manat artaraq 100 milyon 68 min manata, faiz xərcləri isə 7 milyon 57 min manat artaraq 33 milyon 508 min manata çatıb.

Kommersant.az xəbər verir ki, buna görə də bank 62 milyon 790 min manatlıq xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 14 milyon 611 min manat və ya 30.32 faiz çoxdur.

“UniBank”ın qeyri-faiz gəliri 24 milyon 15 min manat artaraq 48 milyon 271 min manata, qeyri-faiz xərcləri isə 18 milyon 593 min manat artaraq 82 milyon 878 min manata bərabər olub. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 20 milyon 33 min manat artaraq 28 milyon 183 min manata yüksəlib.