“Kommersant.az” xəbər verir ki, “Express Bank” nağd pul kreditlərinin ABŞ dolları ilə verilməsini dayandırıb.
Bankdan aldığımız məlumata görə, əgər müştərinin bankda əmanəti varsa, o zaman dollar kreditlərinin verilməsinə kredit mütəxəssisləri tərəfindən baxıla bilər.
Bundan başqa sözügedən bankdan manat krediti almaq istəyən müştərilərin rəsmi əmək haqqları 1000 manatdan yuxarı olarsa, o zaman 7 min manatdək kreditin verilməsinə baxıla bilər.