USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankdan yeni kredit kampaniyası - İNDİ AL, OLANDA ÖDƏ!

01.11.2018 Bank
0 0
"Unibank"ın Kənd təsərrüfatı işçiləri günü münasibəti ilə başlatdığı bu kampaniya sayəsində krediti indi alırsınız, imkanınız olanda ödəyirsiniz.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, bu kampaniya kənd təsərrüfatı ilə məşğul olan şəxslərin biznesinə dəstək məqsədi daşıyır. Kampaniya çərçivəsində kreditlər güzəşt müddəti ilə, daha aşağı faizlə və 0% komissiya ilə veriləcək. Fermer, götürdüyü kreditin əsas məbləğini verilən güzəşt müddəti ərzində - öz məhsulunu satandan sonra ödəmək imkanı qazanacaq. "Unibank"dan dekabrın 30-dək kənd təsərrüfatı məqsədli mikro kredit götürənlər bu kampaniyanın üstünlüklərindən faydalana biləcəklər.

“İndi al, olanda ödə” kampaniyası fermerlərə bu üstünlükləri verir:
- illik 5%-dən başlayan kredit;
- 9 ayadək güzəşt müddəti;
- komissiya 0%;
- 3 ayın faizləri hədiyyə.

Kampaniya 12 ay və daha artıq müddətə götürülən kreditlərə şamil olunur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar "Unibank" filiallarına müraciət edərək, sərfəli mikro kreditlər əldə edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.