USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi 35% artıb

01.05.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə. Ş. Mustafayev Azərbaycan-Meksika əlaqələrinın qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. 2008-də Azərbaycanın Meksikada, 2014-cü ildə isə Meksikanın ölkəmizdə səfirlikləri açılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. 2012-ci ildə Meksika Senatının qərarı ilə Meksika Xocalı soyqırımını tanıyıb, Mexiko şəhərində Tlakskoake-Xocalı Meydanında Xocalı soyqırımına abidə ucaldılıb.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən İqtisadiyyat naziri Azərbaycandakı siyasi-iqtisadi sabitliyi, həyata keçirilən islahatları vurğulayaraq, beynəlxalq qurumların hesabatlarında ölkəmizin mövqeyinin davamlı olaraq yaxşılaşdığını, "Doing Business 2019" hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın davamlı və dayanıqlı inkişafı ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Meksika arasında 2018-ci ildə ticarət dövriyyəsi 35% artıb. Ölkələrimiz arasında əlaqələrin inkişafı imkanlarından danışan Ş. Mustafayev Azərbaycan və Meksika arasında sənaye, ticarət, kənd təsərrüfatı, investisiya, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Meksika şirkətləri həmçinin, Azərbaycanda sənaye parkları və məhəllələrində, aqroparklarda sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən istifadə edə bilərlər.

İqtisadiyyat naziri Azərbaycan və Meksika iş adamları arasında, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişlənməsi, yeni əməkdaşlığın qurulması baxımından sərgilərin, biznes forumların, yarmarkaların keçirilməsinin önəmini qeyd edib.

Parlamentlərarası İttifaqın prezidenti, Meksika Deputatlar Palatasının üzvü Qabriela Kuevas Barron movcud potensialdan istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb. Xanım Barron Meksika şirkətlərinin Azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq, Azərbaycana ticarət missiyasının təşkil olunmasını təklif edib.

Görüşdə Azərbaycan və Meksika arasında iqtisadi əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

  • Əvvəlki

    Azər Türk Bank kredit ödənişlərinə СashBack tətbiq edir

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0