Mer azərbaycanlıları Moldovaya investisiya yatırmağa çağırıb

25.05.2018 Biznes
Moldovanın Nisporen şəhərinin meri azərbaycanlı iş adamlarını bu şəhərə investisiya yatırmağa dəvət edib.

"Kommersant.Az" xəbər verir ki, Nisporen şəhərinin meri Georgiu Robo açıqlamasında bildirib ki, azərbaycanlı iş adamları Nisporen şəhərinə investisiya yatıra bilər.

O bildirib ki, Moldova aqrar ölkədir və burada çaxır, konyak və şampan istehsalı üçün çox yaxşı üzüm növləri mövcuddur: “Bu sahədə inkişaf etmək imkanları mövcuddur. Bundan başqa, üzümçülük Moldovada kreativ biznesdir. Belə bir arzusu olan azərbaycanlı iş adamlarını biz hər zaman qəbul etməyə hazırıq. Onların biznesinə, əməkdaşlığına dəstək olmağa hazırıq”.