Prezident METAK-ın təsisçisini medal ilə təltif edib

25.05.2018 Biznes
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən METAK şirkətinin təsisçisi Alik Kərimov "Tərəqqi" medalı ilə təltif edilib.

Belə ki, Alik Kərimov Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.

Alik Kərimov 1997-ci ildə METAK şirkətini cəmi 4 işçi ilə təsis etdi. Hazırda isə şirkətdə 650 nəfərdən çox işçi çalışır, istehsalat isə ölkənin 5 şəhərində müvəffəqiyyətlə həyata keçirilir.

METAK müvəffəqiyyətli çoxprofilli ticarət-istehsalat müəssisəsidir və əsasən tikinti və kənd təsərrüfatı bazarlarında fəaliyyət göstərir.

Bu günki gündə METAK yerli istehlakçının inamını qazanmış əsl Azərbaycan brendidir.