USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın məşhur şirkəti müflis oldu

06.10.2019 İqtisadiyyat
0 0
Azərbaycanın tanınmış ödəniş sistemlərindən olan "Easypay" müflis olduğunu elan edib.

"Kommersant.az" bildirir ki, şirkət bununla bağlı məhkəməyə müraciət edib.

"Easypay" MMC-nin müflis elan olunmasına dair ərizəsi üzrə işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq" - şirkətdən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Bank BTB" "Easypay" MMC-ni məhkəməyə vermişdi. Bank MMC-ni müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisəyə görə məhkəməyə verib. Amma iddia geri qaytarılıb. Məsələ ondadır ki, iddia texniki səbəblə - idida ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmamasına görə qəbul edilməmişdi. Bu isə texniki və tezliklə həll olunan məsələdir.

Qeyd edək ki, "Easypay" MMC-nin Bakıda 100-ə yaxın ödəniş terminalı var. Burada mobil və stasionar telefon, sığorta, kommunal xidmətlərin haqları, kabel TV və internet, Dövlət İmtahan Mərkəzi və sair ödənişləri etmək mümkün idi. Hazırda şirkət ödənişlərin qəbulunu da dayandırıb.

Ena

  • Əvvəlki

    Azərbaycanın tranzit gəlirləri 5 dəfə artacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0