USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İdeal” cərimələndi

04.02.2020 İqtisadiyyat
0 0
Yaxın günlərdə ölkədə "Sabina” parfumeriya mağazalar şəbəkəsini satın alan "İDEAL Kompani” MMC (birləşmədən sonra adını dəyişib, hazırkı adı – "ADORE Kompani” MMC cərimələnmə ilə üz-üzə qalıb.

"Kommersant.az" Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 19 dekabr 2019-cu ildə qərar çıxarılıb.

Məsələ ilə bağlı Şirkətin baş direktoru Samir Əliyev (eləcə də qanuni təmsilçisi) tərəfindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) müraciət edib, narazı qaldığı bildirilir. BAM-ın çıxardığı qərara əsasən qeyd edilən qərar ləğv edilərək, yenidən 1-ci instansiya məhkəməsinə göndərilib.

Parfümeriya şirkətinin cərimələnmə səbəbi isə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, açıq məkanda texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsidir.

Xatırladaq ki, bu inzibati xətaya görə cərimələnmə Dövlət Reklam Agentliyi tərəfindən protokol kimi tərtib edilir və məhkəməyə göndərilir.

Bu protokola görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

  • Əvvəlki

    Bu ərazilərdə su olmayacaq

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0