USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Dəniz Mall”un açılışı təxirə salındı

11.03.2020 İqtisadiyyat
0 0
“Dəniz Mall” ticarət mərkəzinin açılışı təxirə salınıb.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə ticarət mərkəzinin "Facebook" səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.

Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq "Dəniz Mall"un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.

  • Əvvəlki

    Təhsil Nazirliyi dərs ilinin əvəzlənməsi ilə əlaqəli təkliflər hazırlayır

Digər xəbərlər