USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mərcan” toyuqları ilə bağlı FOTO-FAKT - Diqqətli olun!

19.03.2020 İqtisadiyyat
0 0
Məlumdur ki, hazırda ölkəmizdə koronavirus epidemiyası ilə əlaqədar dövlət tərəfindən sosial izolyasiya tədbirləri həyata keçirilir. Və bu tədbirlər sırf insanların təhlükəsizliyinin təmin edilməsinə hesablansa da, onlar arasında bəzi çaşqınlıqlar da yaradıb.

Müşahidələr göstərir ki, ölkədə karantin vəziyyətinin elan edilməsi konkret olaraq insanların daha çox marketlərdən ərzaq almasına səbəb olub. Təbii ki, Novruz bayramı ilə əlaqədar da əhalinin marketlərə axını daha da artıb. Bir sözlə, hazırda marketlərdə şıdırğı alver gedir ki, deyəsən, bəzi şirkətlər bu fürsətdən maksimum yararlanmağa çalışırlar.

Söhbət "Mərcan" toyuqlarının istehsalı ilə məşğul olan şirkətdən gedir. Həmin toyuqları alaraq doğrayan alıcı onun içərisində böyük bir buz parçasının olduğunu görüb. Alıcı toyuğun çəkisini artırmaq məqsədilə içinə su vurulduğunu iddia edir.

Xatırladaq ki, bundan öncə də sosial şəbəkələrdə dəfələrlə broyler toyuqlarının iynə ilə su vurulub şişirdildiyi göstərilən videolar paylaşılıb.

Mövzu ilə bağlı şirkətin mövqeyini də dərc etməyə hazırıq.

KONKRET.az

  • Əvvəlki

    Çin koronavirusa belə qalib gəldi: Dünyanı dəhşətə gətirən - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0