USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan maşın bazarında qiymətlər üç aydan sonra artmağa başlayıb

08.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda bu ilin may ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,3% artım qeydə alınıb.

"Kommersant" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir.

Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1% artıb.

Rəsmi statistikaya əsasən, mayda 1 minik avtomobili üçün orta qiymət 34 371 manat, velosiped üçün isə 163 manat təşkil edib.

  • Əvvəlki

    Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi açıqlandı

Digər xəbərlər