USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Gürcüstanda liderliyini itirib

12.06.2018 İqtisadiyyat
0 0
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 51 milyon ABŞ dollar təşkil edib. Bu, Britaniya investorlarının sərmayələrindən 32,7 milyon dollar azdır.

Beləliklə, son bir neçə ildə ilk dəfə olaraq Azərbaycan bu ölkənin iqtisadiyyatına sərmayə qoyuluşunda liderliyini itirib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin birinci rübündə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 127,2 milyon dollar təşkil edib.

  • Əvvəlki

    17,6 milyard manatlıq büdcə təsdiq edildi

Digər xəbərlər