İyunun 1-dən restoranlarda 18:00 limiti ləğv oluna bilər

23.05.2020 Biznes
“Restoranların tam rejimdə işləməsi müzakirə olunur”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, kafe-restoranlarla bağlı yeni qərar iyunun 1-dən tətbiq edilə bilər. Qeyd edək ki, hazırda Azərbaycanda kafe-restoranlar axşam 18:00-a qədər işləyir.