USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Market və ticarət obyektləri bu saata qədər işləyə bilər - RƏSMİ

05.06.2020 İqtisadiyyat
0 0
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində yerləşən marketlər və ticarət obyektləri bu gecə 00:00-dək faəliyyət göstərə bilər.

"Kommersant.az" bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, hazırda marketlərin və digər ticarət obyektlərinin fəaliyyətində hər hansı bir məhdudiyyət yoxdur: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həmin obyektlərin fəaliyyəti iyunun 6-sı gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək dayandırılacaq".

E. Zahidov həmçinin qeyd edib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejimə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər: "Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları iki gün evdə oturmağa, küçəyə çıxmamağa çağırırıq. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yerini və olduğu yeri tərk etmək qadağan olunub. Həmin qaydanı pozan şəxslər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər".

Qeyd edək ki, sosial şəbəkələrdə polisin mağazalara və digər ticarət obyektlərinə bu gün saat 14:00-dan sonra fəaliyyət göstərməsinə icazə vermədiyi haqda məlumatlar yayılıb.

  • Əvvəlki

    Müəllimlərin sertifikasiya vaxtı bilindi - Təhsil nazirindən ƏMR

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0