Pandemiya dövründə biznes strategiyası

01.07.2020 Biznes
Hər kəsə məlum olduğu kimi Covid-19 pandemiyası bütün dünya ölkələrində var olan sivil biznesə bu və ya digər şəkildə böyük zərər vurmuşdur. Yalnızca Avropa Birliyi nəznində on minlərlə şirkət batmış, yaxud iflasın eşiyindədir. Elə Azərbaycanda da orta və kiçik sahibkalıq subyektlərində vəziyyət o qədər də ürək açan deyil. Qida, əczaçılıq və buna bağlı sahələr xaricində demək olar bütün biznes sahələri böyük maddi zərərlə qarşılaşıblar.

Pandemiya səbəbi kimi bir qisim insanlar virusun bu dərəcədə yayılmasını dünyada siyasi gedişlərlə, yaxud bizneslə, hətta qədərlə də əlaqələndirirlər. Bəzi rühanilər bunun insanlığa göndərilən cəza kimi də dəyərləndirirlər. Əslində müsəlman topluluqların ən böyük səhvlərindən biri qədərin harada bitib iradənin harada başladığını ayır edə bilməməsidir. Ancaq səbəb nə olur sa olsun marketoloqlar tərəfindən səbəblərə deyil nəticəyə istiqamətli biznes plan qurmalıdır. Təbii ki, hər şeydən əvvəl can sağlığı gəlir və ilk növbədə can sağlığımızı qorumalıyıq.

Belə pandemiyalar tarixən dəfələrlə təkrar olunub, sadəcə biz belə geniş miqyasda yayılması ilk dəfədir müşahidə edirik. O səbəblə mən deyərdim anidən olan zəlzələ kimi biznes sahəsində hazırlıqsız olduq. Ancaq ilklər olmasaydı biz hələdə daş dövründə taxta alətlərlə yer qazar olardıq. Renessans dövrü o zamankı Avropanın nüfuzunun üçdə birindən artıq insanın ölümünə səbəb olan vəbayla başlayıb. Yəni belə böhranlar düzgün istiqamət götürmüş şirkətlər üçün daha çox uğur gətirəcək. Ümumiyyətlə mənim zənnimdə tarix bizə keçmişi, riaziyyat bu günü, fizika isə sabahı göstərir. Biznesdə riaziyyat daha çox analitikaya əsaslanır. Uğurlu biznes analiz üzərində qurulur təxminlər deyil. Təssüf ki Azərbaycanda biznes quruluşu və investisiya yatırımı elə yüksək səviyyədə deyil ki analiz metodlarıyla düzgün istiqamətlər seçilsin. Bəlkədə o səbəbdəndirki bir çox şirkətlər belə iqtisadi çalxalanmalara tab gətirə bilməyib.

Bu vəziyyətdən çıxış yolu olaraq bir çox təkliflər Azərbaycanın Nazirlər Kabinetinə verilmişdir. Mənim zənnimdə dövlətin pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə edə biləcəyi əsas dəstək vergilər, sosial ödənişlər, icarə haqları üçün ödənilən dövlət rüsumlarının azaldılması yaxud daha da önəmlisi həmin sahibkarlıq subyektlərinin il sonuna qədər tamamilə vergi mükəlləfiyyətlərindən azad olunmasıdır. Yəni, onsuzda iqtisadi çətinliklərlə “boğuşan” bir şirkətin əlavə ödənişlər etməsi onun iflas olması ilə nəticələnə bilər.

Eyni zamanda dövlət tərəfindən verilə biləcək faizsiz kreditlərin də pandemiyadan əziyyət çəkmiş bir çox şirkətlərin maddi vəziyyətinin müəyyən səviyyədə düzəlməsinə səbəb ola bilər. Bununla paralel olaraq biznes kreditləriylə bağlı sıxıntı çəkən şirkətlərə kredit ödənişlərinin müddətinin uzadılması, yaxud faiz üzrə ödəmələrin pandemiyadan sonrakı dövrə qədər təxirə salınması məqbuldur. Çünki bir şirkətin bağlanması o şirkətlə əlaqəli onlarla insanın maddi çətinliyə düşməsi deməkdir.

Müəllif: Elçin Rüstəmov
Turizm şirkəti təsisçisi

VTB