USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda iri ticarət mərkəzləri nə vaxt fəaliyyətə başlayacaq? - DEPUTATDAN AÇIQLAMA

30.07.2020 İqtisadiyyat
0 0
14 şəhər və rayonda tətbiq edilən sərt karantin rejimi avqustun 5-də bitir. Həmin vaxtdan sonra iri ticarət mərkəzləri və digər ictimai iaşə obyektləri yenidən fəaliyyətə başlaya bilərmi?

Bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan koronavirusla mübarizədə bir çox dövlətlərə nümunə oldu:

"Zamanında atılan addımlar sayəsində koronavirusun ölkə ərazisndə yayılmasının qarışısı alındı. Hazırda avqustun 5-nə kimi 14 rayonda və şəhərdə sərt karantin rejimi tətbiq edilir. Son iki həftədə biz sərt karantin rejimin müsbət nəticələrini də görürük. Gündəlik yoluxanların sayı 500-dən 300-ə düşüb. Ən önəmlisi isə gündəlik sağalanların sayı yoluxanlardan iki dəfə çoxdur. Əlbəttə, biz bütün bu müsbət nəticələri dövlət-xalq həmrəyliyi nəticəsində əldə etmişik".

Deputat xatırladıb ki, ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməsi məsələsinə Operativ Qərargah baxır:

"Avqustun 5-nə 1 həftə var. Əminəm ki, Operativ Qərargah mövcud vəziyyəti, yoluxanların, sağalanların artma-azalma dinamikasını analiz etdikdən sonra düzgün qərar verəcək. Sevindirici haldır ki, insanlarımız qoyulan qaydalara məsuliyyətlə yanaşırlar. Dayanacaqlarda, marketlərdə və avtobuslarda qoruyucu maskalardan istifadə edir, sosial məsafəni qoruyurlar. Məhz ona görə biz son günlərin müsbət nəticəsini əldə etmişik".

İqbal Məmmədov qeyd edib ki, birdən-birə hər yerin də açılması düzgün deyil:

"Çünki bu addım yoluxanların sayının yenidən artmasına səbəb ola bilər. Xatırlayırsınızsa, may ayındakı yumşalmalardan sonra insanlarımızda arxayınlıq yarandı. Nəticədə də yoluxmaların sayı bir neçə dəfə artdı. Ona görə də bu dəfə diqqətli olmalıyıq".

Milli Məclisin üzvü yay olduğundan vətəndaşları anladığını vurğulayıb:

"Havalar istiləşdikcə evdə oturmaq çətinləşir. Bir tərəfdən də sərt karantin rejiminə görə bir çox müəssisələr fəaliyyətini dayandırdığı üçün insanlarımızda müəyyən maddi sıxıntılar yaranıb. Amma hər şeydən öncə sağlamlıqdır. Dövlət tərəfindən insanların sosial durumunun yaxşılaşdırılması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Düşünürəm ki, müsbət dinamika davam edərsə, avqustun 5-dən sonra müəyyən qaydalara əməl etmək şərti ilə ticarət mərkəzlərinin və digər iaşə obyektlərin fəaliyyətinə icazə verilə bilər".

Konkret

  • Əvvəlki

    Azərbaycanda uçot dərəcəsinin endirilməsi niyə kredit faizinə təsir etmir? - ŞƏRH

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0