Qarabağ Azərbaycandır!

Kəmaləddin Heydərovun oğlanlarının şirkətləri ləğv edilir

30.12.2020 Biznes
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinin biznes konqlomeratına daxil olan "Cafe Baku Limited" (2011-ci ildə yaradılıb) və "Azerbaijan Juices Limited" (2009) şirkətləri könüllü ləğv olunduğunu elan edib.

Böyük sərvətə sahib olduqları Birləşmiş Ərəb Əmirliklərində və Böyük Britaniyada yaşayış izni olan Heydərov qardaşları bir neçə il əvvəl Londondakı aktivlərini Gernsi adalarındakı offşor şirkətlərdən birinə köçürdülər. Ləğv olunan şirkətlərin cari aktivləri təxminən 22 min - 30 min funt sterlinqdir.Turan