USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL prezidentinin qızı Londonda növbəti şirkətini açdı - SƏNƏD

20.01.2021 İqtisadiyyat
0 0
AZAL prezidenti Cahangir Əsgərovun qızı Məlahət Əsgərova bu günlərdə İngiltərədə növbəti şirkətini açıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Jurnalistin sözlərinə görə, MRCR ART LIMITED adlanan şirkət bu il yanvarın 8-də Britaniya Şirkətlər Evində Əsgərovlar ailəsinə məxsus Gazelli Art House-nin yerləşdiyi London, Dover Street 39 ünvanında 13123235 saylı lisenziya ilə qeydiyyatdan keçib:

"Cahangir Əsgərovun qızlarının İngiltərədə daha bir neçə şirkəti mövcuddur.

AZAL dövlət büdcəsindən hər il 10 milyon manat subsidiya alır. AZAL şefinin qızlarına məxsus təkcə iki şirkətin (GAZELLI ART HOUSE LIMITED və GAZELLI INTERNATIONAL LIMITED) son maliyyə hesabatlarına görə aktivlərinin həcmi isə 45 milyon funt sterlinq və ya 100 milyon manat təşkil edir.

Müharibədən bir ay əvvəl keçirdiyi müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etmişdi. Demişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı.

Sitat: "Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?""

Cavanşir Həsənli AZAL şefinin ailəsinə məxsus şirkətlərinin bir hissəsinin siyahısını da yayıb:

- Batumidəki nəhəng GLORIA" hoteli;

- Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;

- Tiflisdə bahalı "Veranda" restoranı;

- Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

- Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;

- İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";

- Nabranda 30 ha sahədə villa;

- Qala qəsəbəsində 265 ha badam bağı;

- "Premium Bank" ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;

- Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

- SOROKA LIMITED (Londonda);

- Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;

- Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;

- Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;

- Londonda "C3 – CIII LIMITED" şirkəti

- Türkiyədə "D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED" şirkəti;

- Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;

- Azərbaycanda "GAZELLİ GROUP"

- İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);

- İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

- Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

- ASC HANDLING LIMITED (Londonda);

- AS582 LIMITED (Londonda);

- Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

- ICLEVERWEB LTD (Londonda);

- SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

- Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);

- SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);

- İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);

- SEDITION LIMITED (London).

- Xaçmaz rayonu, Nabran kəndindəki "RİVER İNN Boutique Spa" hoteli.

Qeyd edək ki, dövlət şirkətlərinin idarəolunmasında şəffaflığın artırılması məqsədilə Prezident İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb. AZAL başda olmaqla dövlət şirkətləri holdinqin idarəçiliyinə verilib. AİH dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasını həyata keçirməlidir. Ümid edək ki, yeni yaradılan İnvestisya Holdinqi qısa bir zamanda AZAL-da şəffaflığa nail ola biləcək və dövlət şirkətinin idarəetməsini optimallaşdırmağa nail olacaq...

  • Əvvəlki

    20 Yanvar faciəsindən 31 il ötür

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0