USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch: Ticarət müharibələrinin zərəri 2 trilyon dollara çata bilər

05.07.2018 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", ABŞ-ın gömrük vergisi artımları ilə başlayan ticarət müharibələrinin getdikcə böyüməsi halında bunun qlobal ticarətə ziyanının 2 trilyon ABŞ dollarına çata biləcəyi barədə xəbərdarlıq edib.

"Kommersant" xəbər verir ki, təşkilatdan verilən açıqlamada artan qlobal ticarət müharibələrində yeni cavab tədbirlərin tətbiqinə dair risklərin artdığı, bu vəziyyətin qlobal iqtisadiyyata böyük miqyaslı təsirlərinin ola biləcəyi qeyd olunub.

ABŞ-ın Çindən həyata keçirilən avtomobil sektoruna dair idxala 25% vergi tətbiqinin və əlavə tariflər tətbiq edilməsinin, Çin və digər ticarət tərəfdaşlarının buna simmetrik bir şəkildə cavab verməsinin, NAFTA-nın dağılmasının müzakirə olunduğu bir ssenarinin qlobal ticarətdə olan təsirinin 2 trilyon dollar təşkil edə biləcəyi qeyd edilib.