USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hollivudun ən çox qazanan qadın aktrisaları - ARAŞDIRMA

07.08.2018 İqtisadiyyat
0 0
Hollivud yalnız filmləri ilə deyil, filmlər üçün ödədiyi pullarla da diqqət çəkməkdədir. Bu dəfəki yazıda sizə keçən il ərzində ən çox qazanan aktrisalar haqda məlumat verəcəyik.

Beləliklə, onluğun ilk ulduzu "Battle of the sexes"filmi ilə Emma Staundur. Filmə görə aktrisa ən yüksək qonorara sahib olaraq ən çox qazanan aktrisa tituluna yiyələnib. Beləki, o, bu filmə görə 26 milyon dollar qonorar alıb. Çəkildiyi "La La Land" filmi də yetərincə müsbət rəy almağa nail olmuşdu.

İkinci yeri "Mean Moms" filmində rol alan Cenifer Enistondur. Gənc aktrisa reklam filmləri və siması olduğu brendlərdən 25.5 milyon dollar pul qazanmağa nail ola bilib.

2017-ci ildə "Aclıq oyunları" filmiylə tanınan Cenifer Lourensdir. Xanım bu filmə görə 24 mln dollar, daha sonra çəkildiyi "Qırmızı qarğa" filminə görə 15milyon dollar qonorarla mükafatlandırılıb.

"Gilmore girls" filmindəki Melissa Makkartni isə bu filmdəki roluna görə 18milyon dollar alıb.

Hollivudun gözəl xanımlarından biri olan Milla Kunis çəkildiyi "Means mums"filminə görə 15.5 milyon dollarla mükafatlandırılmışdı.

Harry Potterin Hermionası Emma Vatson isə 2017-ci ildə "Bədheybət və gözəlçə" "Sfera" filmlərində yer almış və illik qazancı 14 milyon dollar olmuşdur.

Siyahıda yer alan gözəllər gözəli Şerlis Teron 2017-də yer aldığı "Forsaj 8"filmiylə öz cazibəsindən və aktivliyindən heç nə itirmədiyini bir daha sübut etdi. Onun 2017-ci il üçün ümumi gəliri 14 milyon dollar təşkil edib.

Bir sıra filmlərdə yer alan və 2017-də öz depütünü "Thor - Ragnarok " ilə edən aktrisa Keyt Blanşet keçən il 12 milyon dollar qazanmaqla siyahıda öz yerini alıb.

Bu baxımdan onunla eyni siyahıda yer alan digər bir məhşur sima Culiya Robertsdir. Nə qədər çox rolda yer alsa da aktrisa öz sevənlərinin qəlbində"Gözəlçə" "Ye, dua et və sev" filmləri ilə özünəməxsus yer tutub. Beləliklə, 2017-ci il yekunlarına görə gözəl aktrisanın gəliri 12 milyon dollar olub.

Bir çox rolları ilə diqqət çəkən bir digər məhşur aktrisa Emmi Adams sonuncu filmi"Ədalət Liqası"na görə 11.5 milyon dollar qazanaraq siyahıdan kənar qalmamışdır. Xanım sənətçi "Sərt cisimlər", "Böyük gözlər" filmləri ilə izləyicilərin diqqətini cəlb edə bilmişdir.

(c) Banco.az

  • Əvvəlki

    Məscid kompleksi yenidən qurulacaq

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0