USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu binalara “kupça” veriləcək - Baş nazir təsdiqlədi

05.03.2019 İnşaat və Əmlak
0 0
Baş nazir Novruz Məmmədov “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması”nın təsdiq edilməsi barədə qərar imzalayıb.

“Kommersant.az” xəbər verir ki, qərar “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” prezidentin fərmanının icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması” təsdiq edilir. Bu qərarda dəyişikliklər prezidentin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə 2 təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

  • Əvvəlki

    Bakının bu rayonunda su olmayacaq

Digər xəbərlər