USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıb

20.08.2019 İnşaat və Əmlak
0 0
Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

"Kommersant.az" Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin İyul ayında azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. 2018-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 73 mənzil almışdılar.

2019-cu ilin Yanvar-İyul dövründə (7 ayda) isə azərbaycanlılar Türkiyədə 623 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 487 idi.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 15-ci yerdədir. Yanvar - İyul ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar - 4071 mənzil. İraqlıların ardınca 2666 mənzil ilə İran, 1479 mənzil ilə Rusiya vətəndaşları gəlirlər.

Türkiyədə xaricilərə mənzil satışı sürətlə artır və yanvar-iyul dövründə 24 min 144 ədədə çatıb. Keçən ilin eyni dövründə xaricilərə 14 min 674 ədəd məznil satılmışdı. Beləliklə, xaricilərə mənzil satış 64,5% artıb. /"Marja”

  • Əvvəlki

    “Şahdəniz” qazının ixracı 35% artıb

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0