USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda sotu 430 manata torpaq satılır

11.02.2020 İnşaat və Əmlak
0 0
Bakıda ötən ay torpaq bazarında ən bahalı və ən ucuz torpaq sahələrinin yerləşdiyi ərazi və qiyməti məlum olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ən bahalı torpaq sahəsi Nəsimi rayonunda qeydə alınıb. Belə ki, həmin ərazidə bir sot torpağın qiyməti 430 min manat olub.

Ən ucuz torpaq sahəsi isə, ekspertin sözlərinə görə, Qaradağ rayonunda olub. Həmin ərazidə isə bir sot torpağın qiyməti 230 manat olub.

N.İbrahimov əlavə edib ki, ən bahalı torpaq sahəsi satışda olsa da, ötən ay ərazidə həmin torpaq sahəsini alan olmayıb.

  • Əvvəlki

    Ramiz Mehdiyev AMEA-da ixtisarlar etdi

Digər xəbərlər