USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müqavilələrin təsdiqi üçün dövlət rüsumları artırılır

06.06.2018 İnşaat və Əmlak
0 0
Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir.

Bu barədə “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdən məlum olur.

Belə ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək.

Qeyd edək ki, hazırda rüsum Bakı şəhəri üzrə 200 manat, digər şəhər və rayonlarda isə 80 manatdır.

Layihəyə əsasən müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb.

  • Əvvəlki

    Nifrət edilən "Şeytanın şirkəti" Avropaya sızdı

Digər xəbərlər