USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı nazirin oğlu 4 milyon dollarlıq mənzil aldı - FOTO

25.05.2020 İnşaat və Əmlak
0 0
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına Nyu-Yorkda, “Riverside Boulevard” 120 ünvanında 2 mənzil alınıb.

"Kommersant.az"-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.

C.Həsənli qeyd edib ki, mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb: “Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar! Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova da (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) bu mənzillərdə qeydiyyatdadırlar”.

  • Əvvəlki

    Karantin yataqxanaları boşaldıldı

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0