USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu ərazisində 56 ev söküləcək

11.09.2020 İnşaat və Əmlak
1 0
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki sürüşmə sahəsində yerləşən 18 ədəd iki mərtəbəli və 38 ədəd bir mərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması üçün açıq tender elan edib.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 5-i saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 13-ü saat 13:00-a qədər Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi, 30 ünvanına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun sektor mudiri - baş mühasib Gövhər Qorçiyevadır. Telefon: (012) 452-39-10.

Təkliflərə oktyabrın 14-ü saat 13:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec bu ilin sonuna qədər təhvil verilməlidir.

  • Əvvəlki

    II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı AÇIQLANDI

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0