USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Badamdardakı sürüşmənin səbəbi açıqlandı

29.01.2021 İnşaat və Əmlak
0 0
“Hazırda mütəxəssislər Badamdar yolunun 7 km-nə gedən yolun sağ yamacında baş verən sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparır”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb:

“Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır və yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşı tərəfində artıq bəzi dağıntılar baş verib”.

Xidmət rəisi qeyd edib ki, ilkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə dayanıqlığını itirib:

“Nəticədə süxur aşağı sürüşüb. Süxurlar göründüyü qədər islanmış süxurlardır. İlkin müşahidələrə görə süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”.

Report

  • Əvvəlki

    Hərbi xidmətdə əlil olan şəxs: Vəsiqə üçün 1200 manat istəyirlər - FOTO

Digər xəbərlər

28.03.2024 İnşaat və Əmlak
Bakıda bu evlər bahalaşıb
0 0