USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsinin 30 milyon xərclənən yeni binası

04.03.2021 İnşaat və Əmlak
0 0
Dövlət Gömrük Komitəsinin (DGK) yeni inzibati binasının tikintisi davam etdirilir. Komitə artıq bu günə qədər 30 milyon manat smeta və satınalma tenderlərini həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, bunu DGK sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, yeni binanın təməli ötən il qoyulub:

“Yeni inzibati binanın tikintisi ötən ildən başlanılıb və uğurla davam etdirilir. Bir neçə ilə bu layihə uğurla başa çatdırılacaq. Siz görsəniz ki, bu gün bəzi əməkdaşlarımız hansı şəraitdə işləyir... Binanın nə üçün tikilməsi barədə suallar da verilir. Bu gün komitənin mövcud binasında 10 kvadrat məsafədə 7-8 nəfər oturur. Bəzən işçilər 3 növbədə işə çıxırlar. Aparatın bir neçə idarəsi başqa yerlərdə icarədədir. Ona görə yeni inzibati binanın tikilməsi zəruri idi".

Komitə sədri bildirib ki, zaman keçdikcə, bu inzibati binanın tikintisinə büdcədənkənar vəsait hesabına inşa etdiriləcək.

Qeyd edək ki, Bakının Yasamal rayonunda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.

Yeni tikilinin olacağı yer 1 600 m2 ərazini əhatə edir.

Komitə yeni inzibati binasının tikintisi ilə əlaqədar -0.200 səviyyəsinə qədər olan zirzəmi hissəsinin (Blok 1, Blok 2) tikinti işlər" üçün elan etdiyi tenderdə qalib şirkət “Progress” Sənaye İstehsalat Şirkəti olmuşdu.

Komitə qalib şirkət ilə məbləği 1 milyon 91 min 747 manat olan müqavilə bağlayıb.

Bundan öncə Dövlət Gömrük Komitəsi yeni inzibati binasının bünövrə işlərinin görülməsini də 1 milyon 331 min 832 manatlıq müqavilə ilə “Progress” Sənaye İstehsalat Şirkətinə həvalə etmişdi.

Valyuta

  • Əvvəlki

    Çingiz Qənizadəyə YAP-da vəzifə veriləcək

Digər xəbərlər