USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu evlərin kirayəsi 2-3 dəfə - BAHALAŞACAQ

12.04.2021 İnşaat və Əmlak
0 0
Təhsildə yenidən distant formaya keçid kirayə bazarında aktivliyə mənfi təsir göstərib, qiymətlər 2020-ci ildəki səviyyə qayıdıb.

"Kommersant.az" xəbər verir ki, sfera.az saytına kirayə bazarındakı vəziyyəti şərh edən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov qeyd etdi ki, 2021-ci ilin yanvar-fevral aylarında təhsil müəssisələrinin açılmasından sonra kirayə evlərinə tələb artmışdı. İlk 2 ayda tələbin artması 20-25 faiz bahalaşmaya səbəb oldu.

Həmin dövrdə təklifdə də azalmanın yaşandığını söyləyən E.Azadov bildirdi ki, yenidən distant təhsilə keçilməsi kirayə bazarında 2020-ci ildə olan vəziyyəti yaradıb:

"Son bir ayda tələb azalıb, təkliflər artıb ki, bu da qiymətlərə azaldıcı təsir göstərir. 2020-ci ildə kirayə bazarında yaranan vəziyyət hazırda da davam edir və aşağı qiymət səviyyəsi qalır. Hazırda ucuz kateqoriyalı evlər 400 manata qədər olan evlərdir. Orta kateqoriyalı evlər 400-800 manat sayılır. Ən çox tələb 400 manata qədər olan evlərədir”.

E.Azadov xatırlatdı ki, Bakıda pandemiyaya qədər kirayə mənzil bazarında canlanma müşahidə edilib. O 2017-2019-cu illər ərzində qiymətlərin davamlı yüksəldiyini dedi:

"Bakıda köhnəlmiş mənzil fondunun ləğv edilməsi kirayə bazarında ciddi qiymət artımlarına səbəb olmuşdu. Təbriz küçəsində, Nəsimi bazarı ətrafında, "Sovetski”də olan köhnə mənzillərin sökülməsi təklifə çox ciddi təsir etdi. Çünki köhnə mənzil fondunun təxminən 15-20 faizi bazardan çıxdı. Ən ucuz kirayə evlər məhz o ərazilərdə idi. Eyni zamanda bəzi ərazilərdə pilot layihələrin həyata keçirilməsi, mənzilləri sökülən şəxslərə kirayə haqqının ödənilməsi, tələbi artırdı. Bir tərəfdən kirayə verilən mənzillərin sayının azalması, digər tərəfdən kirayə çıxmaq istəyənlərin sayının artması kirayə qiymətlərini artırırdı.Kirayə qiymətləri tarixində ən yüksək qiymət artımı məhz bu ərəfədə olmuşdu. 2017-2019-cu illər ərzində pilot layihələrinin təsiri və kirayə mənzil fondunun azalması nəticəsində kirayə ev tapılmırdı. Məsələn, Nərimanov rayonunda kirayə bir və iki otaqlı mənzil tapmaq olmurdu.

Amma 2020-ci ildə vəziyyət kəskin dəyişib. Karantin səbəbindən distant təhsilin tətbiqi tələbələrin rayonlara qayıtmasına səbəb oldu. Hələ də geri qayıdış qoxdur. Bu vəziyyət kirayə mənzillərə olan tələbi xeyli zəiflədib və hazırda da qiymətlər müqayisədə aşağıdır.
Karantin xarici turizmi də zəiflədib. Bu amilin də təsiri ilə paytaxtın mərkəz hissələrində sutkalıq mənzillərə tələb sıfıra düşüb. Gündəlik kirayə bazarı demək olar ki, işləmir”.

E.Azadov 2021-ci ildə yalnız şəhərətrafı evlərdə kirayə qiymətlərinin yüksələcəyini təxmin edir:

"2020-ci ildə yalnız yay mövsümündə Bakı ətrafında bağ evlərinin kirayə qiymətləri kəskin artdı. İnsanlar qadağalar səbəbindən rayonlara və xaricə gedə bilmədiyindən şəhər ətrafına üz tutdu və nəticədə qiymətlər 2-3 dəfə yüksəldi. Şəhər ətrafında olan mənzillərə tələbdə belə artım ilk dəfə qeydə alındı. 2021-ci ildə şəhər ətrafında olan mənzillərə tələb yüksək olacaq, amma 2020-ci ildəki kimi güclü olmayacaq”.

  • Əvvəlki

    Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0