USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yüksək zərərdə olan “Bank VTB” (Azərbaycan) çətin vəziyyətini - ELAN EDİB

16.10.2025 Problemli Banklar
0 0
“Bank VTB” (Azərbaycan Filialı) 2025-ci ilin 9 ayına olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın vəziyyəti heç də ürəkaçan deyil. Bankın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 18 milyon 823 min manat və ya 5,93 faiz azalaraq 298 milyon 275 min manata enib. Bu azalmada əsas pay nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin payına düşüb. Belə ki, bankı bu bəndi 27 miloyn 579 min manatlıq azalaraq 20 milyon 152 min manata düşüb. Bundan başqa bankın biznesmen müştərilərinə verdiyi kreditdə də 7 milyon 728 min manatlıq geriləmə olub. Sentyabr ayının sonuna “Bank VTB” (Azərbaycan)ın müştərilərinə verdiyi biznes kreditləri 70 milyon 805 min manat təşkil edib.

Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəmində də azalmalar olub. Belə ki, “Bank VTB” (Azərbaycan)ın cəmi öhdəlikləri 186 milyon 789 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 29 milyon 323 min manat və ya 13.56 faiz azdır. Bu azalmanın 37.98 faizi depozit portfelinin payına düşüb. Bankın biznesmen müştəriləri 9 ay ərzində bankdakı vəsaitləriinin 17 milyon 866 min manatını geriyə çəkərək hüquqi şəxslərin depozitlərinin həcmini 26 milyon 239 min manata endirib. Bu, 9 ay əvvəl ilə müqayisədə 40.5 faizi deməkdir. Fiziki şəxslərdən topladığı əmanətlərin həcmini 6 milyon 728 min manat artıran “Bank VTB” (Azərbaycan)ın depozit portfelinə artım kimi təsir etməyib.

“Bank VTB” (Azərbaycan) üç rübün yekununda yığılmış zərərini 10 milyon 499 min manat və ya 4.84 faizini azaldaraq 206 milyon 197 min manata endirib. Ümumi ehtiyatlarını isə 9 milyon artıraraq 1 milyon 867 min manata çatdırıb. Nəticədə bankın kapital cəmi 10 milyon 499 min manat və ya 10.39 faiz artaraq 111 milyon 485 min manata yüksəlib.

Bank VTB

2025 (III Rüb)

2024 (III Rüb)

Fərq

Cəmi Aktivlər

298,275

317,098

-18,823

Kredit

242,036

234,993

7,046

İstehlak kreditləri

106,525

99,465

7,060

Biznes kreditləri

70,805

78,533

-7,728

Daşınmaz əmlak kreditləri

64,706

56,995

7,711

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

32,560

28,233

4,327

Xalis Kreditlər

209,476

206,759

2,717

Cəmi Öhdəliklər

186,789

216,112

-29,323

Depozit

103,015

114,153

-11,138

Fiziki şəxslərin depozitləri

76,776

70,048

6,728

Hüquqi şəxslərin depozitləri

26,239

44,105

-17,866

Cəmi Kapital

111,485

100,986

10,499

Səhmdar kapitalı

315,815

315,815

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Yığılmış zərəri

-206,197

-216,687

10,490

Ümumi ehtiyatlar

1,867

1,858

9

  • Əvvəlki

    Biznesmenlər müştərilərini itirən "Accessbank" borca pul alıb

Digər xəbərlər

14.10.2025 Problemli Banklar
"Rabitəbank"ın mənfəəti 31 faiz - AZALIB
0 0
30.09.2025 Problemli Banklar
"Rabitə Bank" - BAĞLANACAQ?
0 0