USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran prezidenti Pezeşkian: Əfqanıstan və Pakistan dostluq yolunu seçəcək

16.10.2025 Siyasət
0 0
İran prezidenti Məsud Pezeşkian Əfqanıstan və Pakistan arasında günlərdir davam edən qarşıdurmalardan dərin narahatlığını ifadə edərək, iki ölkənin “dostluq yolunu seçəcəyinə” inandığını bildirib. Pezeşkian vurğulayıb ki, İslam ölkələri arasında münaqişələr “İslam düşmənlərinin sui-qəsdlərinin” nəticəsidir.

İran prezidenti Məsud Pezeşkian Əfqanıstanla Pakistan arasında günlərdir davam edən sərhəd toqquşmaları ilə bağlı təəccüblü açıqlamalar verib.

Tehranda keçirilən görüşdə çıxış edən Pezeşkian iki müsəlman ölkəsi arasında baş verən toqquşmalardan "dərin narahatlığını" ifadə edib.

“İslam düşmənlərinin hiylələrinin nəticəsi”

Pezeşkian İslam ölkələri arasındakı mübahisələrin “İslam düşmənləri və beynəlxalq sionizmin sui-qəsdlərinin nəticəsi” olduğunu bildirərək, “Bu iki qardaş müsəlman və qonşu ölkə arasında baş verən hadisələr İran da daxil olmaqla bütün region ölkələrində narahatlıq yaradıb”.

“Bütün resurslarımızdan istifadə edəcəyik”

Qurani-Kərimdəki “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın” prinsipinə toxunan Pezeşkian, “Gərginliyi azaltmaq, dialoqu genişləndirmək, iki dost və qonşu ölkə arasında qardaşlıq bağlarını gücləndirmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik” dedi.

“Regiona münaqişə deyil, sülh lazımdır”

İran lideri regionun sülh və əməkdaşlığa hər zamankindən daha çox ehtiyacı olduğunu bəyan edərək, “Əminik ki, Əfqanıstan və Pakistan sağlam düşüncə və müdrikliklə qarşılıqlı anlaşma yolu ilə gedəcək və bir daha dostluq yolunu seçəcəklər”.